Ciddi itkilər var, Ukrayna darmadağın olub - Akar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi  |     22:40 Gədəbəyə dolu düşüb  |     22:31 Qazaxıstanda mikroavtobus qəza etdi - 10 ölü, yaralılar var  |     22:20 "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin şok etirafı - FOTO  |     22:00 Mingəçevirdə 76 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     21:45 Buzovnada taxta tullantılarının olduğu ərazidə yanğın olub  |     21:39 Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB  |     21:30 Qurban Qurbanovun oğlunun toyudur (VİDEO)  |     21:23 “Yalvarıram, Rusiya və Belarusa getməyin”  |     21:15 İsveç XİN Polşada PUA insidentindən sonra Rusiya səfirini çağırıb  |     21:08 Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər HƏBS OLUNDU  |     21:00 Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı (FOTO)  |     20:57 NASA alimləri Marsda qədim həyatın mümkün izlərini aşkar ediblər  |     20:55 Gürcüstanda keçmiş müdafiə naziri həbs edilib  |     20:50 İngiltərə Futbol Assosiasiyası "Qarabağ"ın rəqibinə qarşı 74 ittiham irəli sürüb  |     20:44 Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib  |     20:38 Polşa Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlayır  |     20:33 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər  |     20:25 1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib  |     20:20 Naxçıvanda əsgər ölümündə ittiham olunan zabitlər azadlığa buraxılıb  |    

Ciddi itkilər var, Ukrayna darmadağın olub - Akar

Hazırda Ukrayna müharibəsinin uzanmasına dair ciddi siqnallar alırıq. Bunu Ermənistanla əlaqələndirmək üçün qeyd etmək lazımdır ki, hansı səbəbdən olursa-olsun, Ukrayna bir müharibəyə girdi. İndi müharibənin qalibi yoxdur, Ukrayna darmadağın oldu. Yəni Qərb nə verirsə-versin, nə qədər dəstəkləyirsə-dəstəkləsin, Ukrayna xalqı bəlkə də tarixinin ən acı, çətin günlərini yaşayır. Bundan dərs götürmək, dinc, sabitliyə aparan yol və üsulları seçmək lazımdır.

Median.Az
xəbər verir ki, bu sözləri ARB 24-ə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar deyib.

Akar müharibənin uzanmasının dünyada və Qara dəniz bölgəsində yaradacağı risklərdən danışıb, danışıqların dərhal bərpa edilməsinin vacibliyini vurğulayıb:

"Müharibənin uzanması, bölgəmiz və ətrafımız baxımından çox ciddi risklər doğurur. Son günlərdə daha da şiddətlənərək davam edən raket və dron hücumları müharibənin uzanacağını göstərir. Biz həm Rusiya, həm də Ukrayna ilə danışırıq. İki tərəfə də çox açıq və şəffaf şəkildə diplomatik mərhələni yenidən canlandırmağı, ədalətli və davamlı sülhün təmini üçün hər şeyi etməyin lazım olduğunu deyirik. Toqquşmaların əvvəlindən bu fikri müdafiə edirik. Qlobal ərzaq bazarında taxıl qıtlığı məsələsi var idi. 33-34 milyon ton taxılın ehtiyac sahiblərinə çatdırılmasını təmin etdik. Burada ədalətli olmaq lazımdır. İkitərəfli təmasların davamı üçün Rusiyanın da bəzi təklifləri var, bunlara da əhəmiyyət vermək və dəstəkləmək vacibdir. Digər tərəfdən Türkiyədən əsirlərin dəyişdirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində bəzi tələblər oldu. Əvvəldən humanitar yardımların verilməsini davam etdiririk".

Onun sözlərinə görə, Türkiyənin istəyi iki ölkənin dərhal razılaşması, dialoqa başlaması, diplomatik təmasları davam etdirməsi və Qara dənizin heç bir halda rəqabət mövzusuna çevrilməməsidir:

"Çünki burada rəqabət başlasa, ciddi şəkildə problemlər yaşayarıq. Ona görə də əvvəldən Montrö müqaviləsinin çox ciddi nizam-intizam içərisində tətbiqinə nəzarət edirik. Bugünədək heç bir problem olmadan bunu etdik. Qara dənizdə mina təhlükəsi olur. Türkiyə, Rumıniya və Bolqarıstan olaraq birlikdə minaya qarşı tədbirlərlə oradakı problemləri idarə edə biləcəyimizi gördük və protokol imzalandı. Dolayısı ilə kənardan hansısa bir ünsürün gəlməyinə, girməyinə ehtiyac yoxdur. Çünki Rusiya da buna qarşılıq verə və nəzarətdən çıxacaq rəqabət, eskalasiya başlaya bilər. Buna imkan verilməməlidir. Biz bütün hallarda iki ölkə ilə də görüş və danışıqlar yolu ilə mütəmadi şəkildə diplomatik yolları təklif və təlqin etməklə axan qanın durmasını, sülh danışıqlarına gedən yolun açılmasını istəyirik. Görüşlər keçirilməlidir, olmasa, problemlər yaşanır. Bizim "İnsanı yaşat ki, dövlət yaşasın" düsturumuz var. İnsanı yaşatmasanız, dövləti yaşatmaq mümkün deyil. Çox ciddi itkilər var, insanlar ölür. Tarixdə bu formada dövlətlərin ortadan qalxmasının örnəkləri var. Hər kəs ağlını başına yığmalı, görüş platforması olmalıdır. Qərbdən gələn təşviqləri ağıllı və ölkə mənfəətləri çərçivəsində dəyərləndirmək Ukrayna və Rusiyanın xeyrinədir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            906 30.01.24 20:32