Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Azərbaycanlı biznesmenin qatili hicab taxıb qaçan idmançıdır? (FOTO/VİDEO)

24.01.2024 13:19 2 709
Azərbaycanlı biznesmenin qatili hicab taxıb qaçan idmançıdır? (FOTO/VİDEO)
Ötən il dekabrın 25-də Rusiya mətbuatında Dağıstanda Azərbaycan vətəndaşı olan Cabir adlı biznesmenin qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

"Qafqazinfo” xəbər verir ki, yanvar ayı ərzində aparılan istintaq hərəkətləri zamanı qətllə bağlı maraqlı detallar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində Cabirin arvadı və onun idmançı sevgilisi Süleyman Süleymanov tərəfindən öldürüldüyünə dair şübhələr yaranıb.

Bildirilir ki, 37 yaşlı Cabir Xələf oğlu Nəsirov əslən Şamaxı rayonundandır və bir neçə il əvvəl Dağıstanda biznes fəaliyyətinə başlayıb. Onun bu ölkədə və Moskvada əmlakları, bir neçə elektronika mağazası olub.

Dekabrın 24-də Cabir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Dağıstana qayıdıb və həmin gecə naməlum şəraitdə qətlə yetirilib.

Polisə Cabir Nəsirovun öldürülməsi ilə bağlı məlumatı onun 32 yaşlı həyat yoldaşı Röya verib. Qadının şübhəli ifadəsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Belə ki, əslən Sumqayıt şəhərindən olan Röya ilkin ifadəsində evə basqın edən 2 nəfərin həyat yoldaşını amansızlıqla döyərək öldürdüyünü bildirib. O, qapının tanımadığı şəxslər tərəfindən döyüldüyünü, daha sonra mənzilə soxulan şəxslərin borc verdikləri pulu tələb edərək ərinə hücum edib onu öldürdüyünü iddia edib. O, bu müddət ərzində digər otaqda olduğunu, oradan qışqırıq səsləri eşitdiyini, quldurlar gedəndən sonra isə ərinin cəsədini aşkar etdiyini deyib.

Dağıstanda kifayət qədər məşhur biznesmen olan Cabirin qətli ilə bağlı ərazidəki kameralara baxış keçirilərkən həmin müddətdə binaya 2 nəfərin daxil olması və ya çıxması müşahidə edilməyib. Bu zaman müşahidə kameralarında hicaba bürünmüş kişinin binanı tərk etməsi əks olunub.

Bundan sonra Röya yenidən ifadəyə çağırılıb. O, ikinci ifadəsində ərini özü öldürdüyünü bildirib. Cabirin ona və övladlarına daim şiddət göstərdiyini iddia edən qadın onun Dubaydan gəlməsini gözlədiyini, yatan kimi plintusla zərbələr endirərək öldürdüyünü deyib.

Lakin bu ifadə də hüquq-mühafizə orqanlarına kifayət etməyib və hadisə baş verən gecə binadan hicaba bürünmüş halda çıxan kişinin kimliyi üzərində araşdırma aparılıb. Müəyyən edilib ki, həmin şəxs 20 yaşlı idmançıdır və Röya ilə sevgi münasibətləri olub.

3-cü ifadəsində binanın girişindəki müşahidə kamerasına düşən gəncin qaydasız döyüşlə məşğul olduğunu və onunla sevgili olduğunu dəyən qadın bu dəfə hər şeyi etiraf edib. O, bildirib ki, Cabir Dubaydan qəfil qayıdıb və həmin vaxt sevgilisi onların evində olub. Cabir həmin şəxsi döymək istədikdə 20 yaşlı gənc onu döyərək qətlə yetirib. Hadisədən sonra isə idmançı hicab geyinərək oradan uzaqlaşıb.

Cabir Nəsirovun yaxınları "Qafqazinfo”ya açıqlamalarında Röya Nəsirovanın artıq saxlanıldığını, onunla əlbir olmaqda şübhəli bilinən sevgilisinin isə hələlik tutulmadığını bildiriblər. Onlar həmçinin iddia ediblər ki, hadisədən sonra evdən xeyli miqdarda bahalı əşyalar oğurlanıb.

Cabir Nəsirov



Röyə Nəsirova


Qətldə şübhəli bilinən idmançı Süleyman Süleymanov

скачать dle 11.3
Mojo.az Banner