Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"

08.10.2026 20:00 204
Baloğlan Əşrəfovun oğlu:
Bu gün mərhum sənətkarımız Baloğlan Əşrəfovun doğum günüdür. O, yaşasa idi 75 yaşını qeyd edəcəkdi.

Median.Az xəbər verir ki, Musavat.com müğənninin oğlu Peyman Əşrəfovla söhbətləşib.

O bildirib ki, hər il olduğu kimi, bu il də rayona gedir və atasının məzarını ziyarət edəcək.

- Atanız sağlığında doğum günlərini qeyd etməyi xoşlayardımı?

- Əlbəttə. Ailəsi ilə birgə qeyd edərdi. O, ailəsinə hədsiz bağlı insan idi. Mən atamla bir yerdə işləyirdim. Onunla bağlı xatirələrim o qədər çoxdur ki. Onun hər bir addımı, hərəkəti həyatımda xoş iz buraxıb.

- Atanızın verdiyi hansı nəsihətə indi də əməl edirsiniz?

- Mənim atam elə ömür sürüb ki, ölən günə kimi heç kimə yaltaqlanmayıb və baş əyməyib. Onun bu mənada qəribə xasiyyətləri var idi ki, bizə də keçib. Baloğlan Əşrəfov kişi kimi yaşadı, kişi kimi dünyasını dəyişdi.

- Ailədə sərt insan idi?

- Hər şeyin yerini bilirdi. Uşaqla uşaq, böyüklə böyük idi. Özündən böyüklərə hörmətlə yanaşırdı. Bayramlarda, ölüm günlərində valideynlərinin məzarına gedərdi. İndi onun etdiyini biz edirik.

- Onun ən böyük arzusu nə idi?

- Arzular çox idi. Amma atama qarşı haqsızlıq çox oldu. Bunu mən indi də qəbul edə bilmirəm. Atam 1971-ci ildən bəri böyük səhnələrə çıxıb, fəaliyyət göstərib. Bunun müqabilində isə atama layiq olan fəxri adı vermədilər. Onun ən acığına gələn söz "Əməkdar artist" idi. Biz onun məzarı üzərində bu sözü yazmışıq. Lakin düşünürəm ki, imkanı olsaydı, atam o sözü məzardan da götürdərdi. Həmişə deyirdi, "mənim adım Əməkdar artistdən üstündür". Ona Xalq artisti adı verilməli idi, amma vermədilər. Bu il 75 yaşı tamam olurdu, amma heç bir tədbir keçirilmədi. Sağlığında olduğu kimi, vəfat edəndən sonra da laqeyd yanaşdılar. Toyda atamı təqdim edəndə deyirdi, "məni Əməkdar artist kimi təqdim etməyin".скачать dle 11.3
Mojo.az Banner