Mojo.az Banner
20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Braziliyanın keçmiş prezidenti peyvənd sənədlərini saxtalaşdırıb

20.01.2024 13:24 1 356
Braziliyanın keçmiş prezidenti peyvənd sənədlərini saxtalaşdırıb
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru COVID-19 peyvəndi ilə bağlı sənədləri saxtalaşdırıb.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Siyasətçi açıq şəkildə peyvəndlərə qarşı çıxış edib və işgüzar səfərlə bağlı tələb olunan sertifikatı almaq üçün peyvəndlənmə prosedurundan “keçib”.

Müstəntiqlər belə qənaətə gəliblər ki, eks-prezidentin 2021-ci ildə San-Pauluda peyvənd olunmasına dair qeydlər saxtadır. Prosedur günü Bolsonaru hətta şəhərdə olmayıb.

2023-cü ilin may ayında Braziliya polisi artıq Bolsonaronun ABŞ-yə səyahət məhdudiyyətlərini aşmaq üçün saxta koronavirus peyvəndi sertifikatı hazırladığından şübhələnib. Ümumilikdə bu işdə (Bolsonaru ilə birlikdə) 16 şübhəli var. Cəmi yeddi nəfərin - Bolsonaru, onun 12 yaşlı qızı,  keçmiş köməkçisi Mauro Cid, köməkçinin həyat yoldaşı və üç qızının peyvənd məlumatları saxtalaşdırılıb.

Polis şübhəlilərin paytaxt Brasiliya və Rio-de-Janeyrodakı evlərinə basqın edib. Bolsonarunun evində də axtarış aparılıb, həmçinin onun mobil telefonu müsadirə edilib. Keçmiş prezident özü sənədlərin saxtalaşdırılması faktını inkar edib.

“Heç vaxt məndən heç bir yerdə peyvənd sertifikatı tələb olunmayıb, mənim tərəfimdən heç bir müdaxilə olmayıb”, - o bildirib.

Qeyd edək ki, Bolsonaru peyvənd əleyhinə ən fəal siyasətçilərdən biridir. COVID pandemiyası zamanı o, açıq şəkildə peyvəndlərə qarşı çıxıb. Braziliyada həmçinin bir çox anti-COVID tədbirləri gec tətbiq olunub və dövlət başçısı özü də onları pozub.

Mənbə: Reutersскачать dle 11.3
Mojo.az Banner