Mehriban Əliyevanın tapşırığı ilə rəsmilər KTM-ə yerləşdirilən xəstələrə baş çəkiblər
APA xəbər verir ki, onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.
Bundan öncə onlar Respublika Perinatal Mərkəzində olublar.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.