Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb

13.12.2023 12:38 2 160
Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də iki tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı yanğınların naməlum şəxs tərəfindən qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəmiş İbrahimov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində də son günlərdə bir neçə əməliyyat tədbiri keçirilib. Keçirilmiş tədbirlərlə narkotiklərin saxlanılması və daşınmasında şübhəli bilinən dörd nəfər - Səbuhi Quliyev, Elmir Həsənov, Vahid Şirinov və Hidayət Nuruyev tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində də əməliyyat-profilaktik tədbirlər keçirilib. Keçirilən əməliyyat nəticəsində rayon ərazisindən “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb. Həmçinin, profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları iki ov tüfəngini də könüllü olaraq polisə təhvil veriblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner