Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qərbi Azərbaycan Xronikası: “Naxçıvandakı Qərbi azərbaycanlılar da vətənə qayıtmaq ümidi ilə yaşayırlar"

11.12.2023 22:44 1 626
Qərbi Azərbaycan Xronikası: “Naxçıvandakı Qərbi azərbaycanlılar da vətənə qayıtmaq ümidi ilə yaşayırlar
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub. O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb. Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

“Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, - deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, türklərə məxsus alban kilsələrini özününküləşdirməyə çalışıblar. Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdıraraq çıxardıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu yaxınlarda Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşlərdən, onların Qərbi Azərbaycana dair xatirələrindən danışıb. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

скачать dle 11.3
Mojo.az Banner