Mojo.az Banner
22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün səmada meteorlar görünəcək

17.11.2023 20:28 2 733
Bu gün səmada meteorlar görünəcək
Noyabrın 17-si gecəboyu Leonid meteor selinin piki baş verəcək.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq.

Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.

Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən, meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşüb. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağıb. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaradıb. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

2023-cü ilin sonunadək 14-15 dekabrda Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan ursidlərin müşahidəsinə mane olacaq.скачать dle 11.3
Mojo.az Banner