Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”

16.11.2023 13:12 1 956
ABŞ institutu: “Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair əsas var”
“Qərbin Ukraynaya dəstəyini dayandırması nəticəsində Rusiyanın qalib gələcəyinə dair çoxlu əsas var”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Bildirilib ki, Qərbin Ukraynaya dəstəyinin sona çatması Kiyevi bu və digər imkanlardan məhrum edəcək:

“Nəticədə daha mövqe döyüşləri getməyəcək. Ukrayna isə itkiləri bərpa etməkdə çətinlik çəkəcək. Çünki müdafiə sənayesi potensialı buna imkan vermir. Ən çox ehtimal olunan ssenari budur ki, rusiyalılar Ukrayna qüvvələrini geri çəkilməyə, bu ölkənin daha böyük ərazilərini ələ keçirməyə, şəhərlərini dağıtmağa davam edəcəklər”.

Qeyd olunub ki, əgər Qərb yardımı genişləndirsə, Ukrayna döyüş meydanında üstünlüyü ələ ala bilər:

“Qərb Ukraynanın uğurlu hücum əməliyyatlarına şərait yaratmaq üçün tədarük etdiyi zirehli texnikaların sayını artırmalıdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan başa çatmayacaq. Son zamanlar xarici KİV-də Qərbin Ukraynaya dəstəyinin azalmasına dair məlumatlar yayılır.скачать dle 11.3
Mojo.az Banner