Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Lüksemburq Ukrayna üçün “artilleriya koalisiyası”na qoşulur

20.03.2024 11:59 1 461
Lüksemburq Ukrayna üçün “artilleriya koalisiyası”na qoşulur
Lüksemburq “Ramştayn” formatında keçirilmiş görüşdən sonra Fransa və Almaniyanın başçılıq etdiyi “artilleriya koalisiyasına” qoşulub.

Bu barədə Şərqi Avropa ölkəsinin Müdafiə Nazirliyi teleqramda bildirib.

“Lüksemburq Fransa və Almaniyanın rəhbərlik etdiyi artilleriya koalisiyasına qoşulur”, – məlumatda qeyd olunub.

Həmçinin, quruma görə, Lüksemburq Belçika və Niderland ilə əməkdaşlıq çərçivəsində Ukrayna üçün dronlar alır və çox ehtiyac duyulan avadanlıqları çatdırmaqla Ukraynaya dəstəyini davam etdirir.

Xatırladaq ki, Lüksemburq martın 8-də Ukrayna üçün 800 min artilleriya sursatının alınması ilə bağlı Çexiyanın təşəbbüsünə qoşulacağını açıqlamışdı.

Fevralın 17-də Çexiya Prezidenti Petr Pavel ölkəsinin Ukrayna üçün 800 minə qədər mərmi tapdığını bildirmişdi.

Qeyd edək ki, “Ramştayn” formatı kimi tanınan Ukrayna Müdafiəsi üzrə Təmas Qrupu üzvləri Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsini dəf etmək üçün Ukraynaya hərbi yardım göstərən beynəlxalq koalisiyadır. Qrupun işində 50-dən çox ölkə – NATO blokunun bütün ölkələri, Aİ-nin əksər dövlətləri, habelə Afrika və Asiyadan olan müttəfiqlər iştirak edir. Təmas qrupu və onun aylıq görüşləri qeyri-rəsmi “Ramştayn” adını 2022-ci ilin aprelin 26-da Ukraynaya hərbi yardıma həsr olunmuş ilk iclasın keçirildiyi Almaniyadakı eyniadlı aviabazadan alıb.

“Ramştayn” formatı çərçivəsində müxtəlif ölkələrin müdafiə nazirliklərinin yüksəkrütbəli nümayəndələri Rusiyanın Ukraynaya təcavüzünün gedişatını müzakirə edir, Ukraynanın hərbi imkanlarını təhlil edir, hərbi yardımı koordinasiya edir, müharibə zamanı Ukraynanın müdafiəsi və onun gələcək təhlükəsizliyinin təmin edilməsi planlarını hazırlayır. Təmas qrupunun görüşləri aparıcı Qərb dövlətləri tərəfindən Ukraynaya müasir silahların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında böyük rol oynayıb.скачать dle 11.3
Mojo.az Banner