Mojo.az Banner
17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Niderland Ukrayna üçün dronlara 60 milyon avro ayırıb

12.06.2024 19:03 885
Niderland Ukrayna üçün dronlara 60 milyon avro ayırıb
Niderland hökuməti Ukrayna üçün dronların alınması və istehsalı üçün 60 milyon avro ayırıb.

Bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Kaysa Ollonqrenin Ukraynaya səfərinin yekunlarına dair press-relizdə bildirilib.

Niderlandın hərbi qurumu qeyd edib ki, ayrılan vəsaitin 20 milyon avrosu bu ilin əvvəlində yaradılmış beynəlxalq koalisiyanın xətti ilə FPV-dronların alınmasına, daha 17,5 milyon avrosu isə dəniz dronlarının alınması üçün nəzərdə tutulub.

“Ukrayna öz ölkəsində bu tip dronlar istehsal edə bilər, ona görə də Niderland da bu maliyyə töhfəsi ilə yerli biznesi stimullaşdıracaq... Qalan vəsait digər növ dronların alınmasına sərf olunacaq”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Niderlandın Baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rutte Ukrayna Bərpa Konfransında çıxışı zamanı ölkəsinin Kiyevə 138 milyon avro ayırdığını açıqlamışdı.скачать dle 11.3
Mojo.az Banner