Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər

31.05.2024 21:10 1 551
Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər
Son dövrlərdə Kremlin Ukraynaya hücumları artdığına görə Kiyev Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbdən razılıq almağa çalışır. Yəni Ukrayna Qərbin göndərəcəyi ağır silahlardan Rusiya ərazisində istifadə etmək niyyətindədir.

Ukrayna Ali Radasının deputatı Andrey Kloçko "Report"un Şərqi Avropa bürosuna bildirib ki, məsələ ilə bağlı parlament nümayəndə heyəti NATO Parlament Assambleyasının iclasında iştirak edib: "Nümayəndə heyətimiz NATO ölkələrindən tədarük edilən silahların Rusiya ərazisində, eləcə də müvəqqəti işğal altında olan Ukrayna ərazisində istifadəsinə icazə verilməsi üçün qətnamənin səsverməsinə nail olub. Bu, düzgün qərardır. Bizə düşmənimiz olan Rusiyaya maksimum tez bir zamanda ziyan vurmağa imkan verəcək. Bu isə Ukraynaya ərazilərini qaytarmağa, ədaləti bərqərar etməyə imkan verəcək”.

Hərbi-siyasi şərhçi Taras Berezovets isə "Report"a bildirib ki, hazırkı məqamda Rusiya ərazisinə Qərbin göndərdiyi silahlarla zərbələrin endirilməsinə icazəni 11 Avropa ölkəsi və Kanada verib: "Almaniya, Portuqaliya və İtaliya buna qarşı çıxıblar. Bu ölkələrin rəhbərləri hesab edirlər ki, Ukraynanın Rusiya ərazisinə belə hərbi hücumları lazım deyil”.

T.Berezovetsin sözlərinə görə, ABŞ mətbuatında da bugünlərdə informasiya yayılıb ki, Vaşinqton bu təşəbbüsün əleyhinə deyil: “Amerika daha çox Rusiya ərazisində hava hücumu nöqtələrinə zərbələrin endirilməsini dəstəklədiyini bildirib. Bu, olduqca çətin prosesdir. Son bir neçə ildir Qərb tərəfdaşlarımız, əsasən də ABŞ və Almaniya sadəcə müşahidəçi mövqeyi tutur. Onların gözü qarşısında Rusiya Ukrayna ərazisində mülki obyektlər də daxil, strateji infrastrukturlara ciddi zərbələr endirir. Nəhayət ki, Ukrayna bu qədər zərbələr aldıqdan sonra qərbli tərəfdaşlarımızın mövqeyində hansısa dəyişiklik oldu”.

Xüsusilə Danimarka Ukraynaya göndərdiyi F-16 qırıcı təyuyarələri ilə Rusiya ərazisində hərbi nöqtərləri vurmağa icazə verib. Ukraynanın işğal altında olan ərazilərinə zərbələr endirmək üçün isə Ukrayna ordusunun həmişə icazəsi olub", - o əlavə edib.

Son xəbərlər