Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Neftçalada özünü öldürən iş adamı ilə bağlı YENİ DETALLAR - FOTO

11.11.2023 13:05 2 916
Neftçalada özünü öldürən iş adamı ilə bağlı YENİ DETALLAR - FOTO
Neftçala Rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxs - 1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtoyuma məntəqəsi olub.

A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.

Qeyd edək ki, o, paltar lifindən hazırladığı vasitə ilə gecə saat 4 radələrində həyatına qəsd edib. Hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin regional qrupunun yaydığı məlumata görə, Azər Hüseynov 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinirmiş.

“1971-ci il təvəllüdü Azər Mahmud oğlu Hüseynov paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibbi ekspertizalar təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır”, - deyə DİN-in Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumatda bildirilib.

İntihar edən iş adamının fotolarını təqdim edirik:






скачать dle 11.3
Mojo.az Banner