Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş arvadını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə çalışan şəxsin məhkəməsi başlayıb

06.11.2023 17:52 1 248
Keçmiş arvadını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə çalışan şəxsin məhkəməsi başlayıb
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid Kənan Yusifov ifadə verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxsi uzun müddətdir tanıyır:

“Mən özüm polis əməkdaşıyam və qonşuluqda yaşayıram. Gecə təxminən 2-3 radələri idi. Partlayış səsi gəldi. Təqsirləndirilən şəxsin qayınanası qışqıraraq dedi ki, İntizamın əlində qumbara var. İntizam birinci qumbaranı atandan sonra, ikinci qumbaranı da istifadə etmək istəyirdi. İzdihamı dağıtdım. Çalışdım ki, hadisə yerində xəsarət alan olmasın. Mən onunla psixoloji söhbət edərək sakitləşdirdim və qumbaranı əlindən almaq istədim. Çünki qumbaranı çəkmək üzrə idi”.

Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib. Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.

İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər