Qarabağda bərpa və yenidənqurma işlərində şəffaflığın təmini müzakirə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Cərimələrin 5 faizi polislərin sosial müdafiəsinə yönəldiləcək  |     22:10 Azərbaycanda ən çox əməkhaqqını bu peşə sahibləri alır - CƏDVƏL  |     22:03 Məhkəmədə gərgin anlar: İlhamə Elşadqızı hakimin sərt reaksiyası ilə üzləşdi  |     21:57 İranda internet tamamilə kəsilib  |     21:49 Bakıya suyun verilişi nə zaman bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA  |     21:44 İsrail qırıcıları İranın daxili təhlükəsizlik qərargahını məhv edib  |     21:36 İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib  |     21:30 Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq  |     21:25 Bakıda 10 nəfərin partlayış nəticəsində öldüyü sexdə əksəriyyət qanunsuz işləyib - MƏHKƏMƏ  |     21:19 Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb  |     21:13 Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib  |     21:05 "Araz Supermarket"də qiymət fərqinə görə inzibati protokol tərtib edilib  |     20:59 Mütəxəssis yay günlərində uşaqların günvurmadan qorunması üçün valideynlərə müraciət edib  |     20:51 Transxəzər enerji dəhlizi İpək Yolu regionunun enerji arxitekturasının rəqabət qabiliyyətini artıracaq  |     20:45 "Zeytun" apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb  |     20:37 "Araz-Naxçıvan" dörd futbolçu ilə yolları ayırıb  |     20:32 Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb  |     20:25 Azərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər  |     20:20 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ  |     20:12 Bu ilin birinci rübündə əvvəlki illərdən qalma açılmamış cinayət yoxdur  |    

Qarabağda bərpa və yenidənqurma işlərində şəffaflığın təmini müzakirə edilib

Bakıda Qarabağ Dirçəliş Fondunun (QDF) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

“Report“un xəbərinə görə, tədbirdə Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov, eləcə də QDF-in donorları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir:

“Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına (o cümlədən QDF-in maliyyə dəstəyi ilə) icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Fondun həyata keçirdiyi tədbirlər, layihələrin icra vəziyyəti, audit nəticələri kimi məlumatların mütəmadi olaraq ictimaiyyətlə bölüşülməsi, eyni zamanda, fondun rəsmi veb-saytında hesabatların açıq formada yerləşdirilməsi və əlçatanlığı bunun əyani sübutudur”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və digər çıxışçılar da işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq şəffaflığın və rəqabətliliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun 2023-cü ildəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Sonra tədbir müzakirə sessiyası ilə davam edib. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi, bunda vətəndaş cəmiyyəti institutlarının rolu və digər mövzular ətrafında fikir və təkliflər səsləndirilib.

Müzakirələrin yekunu olaraq cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi qərara alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            963 25.10.23 17:43