Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:23 Məhkəmə 74 yaşlı məhkumun vəsatətini təmin etmədi | 21:18 Sabah Bakıda və rayonlarda külək güclənəcək | 21:12 Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir | 21:05 Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı | 21:00 50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi | 20:52 470 hektar ərazi minalardan təmizlənib | 20:47 "TikTok"a görə bıçaqlanan qadının əri, atası və qardaşları da həbsdə imiş | 20:40 Azərbaycan fındığı Çin bazarında - VİDEO | 20:35 Sabunçuda gəncin dönər yemək istəyi ölümünə səbəb oldu | 20:33 İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var | 20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? |
Mojo.az Avto
Mojo.az Avto

Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri ilə bağlı QƏRAR

25.10.2023 13:34 1 233
Qızıl Aypara Cəmiyyətinin həbsdə olan bölmə sədri ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülviyyə Balayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun zərərçəkmişlərdən birinin 5 000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilib. Digər zərərçəkmiş şəxsin hazırkı işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2022-ci ilin yayında yaydığı məlumata əsasən, Şirvan şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində şəhər sakini Ü.Balayeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksəkmaaşlı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, qadın 11 vətəndaşa qarşı 43 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, Ü.Balayeva Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.

Son xəbərlər