Mojo.az Banner
15:57 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     15:51 Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT  |     15:50 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı  |     15:46 Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     15:45 "ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildi  |     15:38 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ  |     15:36 Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:32 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI  |     15:28 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     13:59 AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi  |     13:54 Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA  |     13:46 Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA  |     13:44 Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi  |     12:45 "Sumqayıt" 50-yə çatdı  |     12:44 Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü  |     12:43 Qızıl və gümüş ucuzlaşdı  |     12:42 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     12:40 Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA  |     12:38 Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ  |     12:37 Çexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

18.10.2023 11:40 1 110
Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib.

Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir və mötəbər tribunalarda müsbət mənada ölkəmizin adı çəkilir.

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra öz əhəmiyyətini daha da artırıb.

Bu gün dünya dövlətləri Azərbaycanı yeni reallıqlar yaradan ölkə kimi qəbul edir, enerji, təhlükəsizlik məsələlərində onunla hesablaşırlar.скачать dle 11.3
Mojo.az Banner