Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb

14.10.2021 17:35 873
Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb
Nazirlər Kabineti 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətinin “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Qrafik dizayner”, “Kompüter şəbəkə inzibatçısı”, “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi” ixtisasları, eləcə də yeni “Kosmetologiya” ixtisas qrupu əlavə edilib.

Bundan başqa, “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqamətiin “Ağac emalı qurğuları, mebel sənayesi, ağac məmulatları və yarımfabrikatların hazırlanması” ixtisas qrupuna “Mebel ustası” ixtisası, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqamətinin “Avtomobillərin təmiri - sürücülük” ixtisas qrupuna “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası, “İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətinin “Yeyinti məhsulları istehsalı avadanlıqları” ixtisas qrupuna “Üzümçülük və şərab ustası” ixtisası, “İnşaat və arxitektura” peşə istiqamətinin “İnşaatda sanitar-texniki sistemlərin hissə və qovşaqları” ixtisas qrupuna “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisası əlavə edilib.скачать dle 11.3
Mojo.az Banner