Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır | 13:39 Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ | 13:36 Bakıda iki azyaşlı bacı vəfat edib | 13:33 Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir? | 12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ və İsraildən İrana xəbərdarlıq: Vaxt azalır

13.10.2021 22:50 1 758
ABŞ və İsraildən İrana xəbərdarlıq: Vaxt azalır
ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda İsrail və BƏƏ XİN rəhbərləri Yair Lapid və Abdullah bin Zayed əl Nəhyan ilə görüşüb.

İsrail və ərəb dövləti arasındakı münasibətlərin normallaşmasının ildönümünə həsr olunmuş görüşdən sonra ortaq mətbuat konfransı təşkil edilib.

Tədbirdəki çıxışı zamanı Blinken İranın nüvə silahı əldə etməməsi barədə ABŞ-ın digər ölkələrlə həmfikir olduğunu bəyan edib. O, zamanın azaldığını və İranın öz yolundan dönməyəcəyi halda diplomatiyaya alternativ digər vasitələrin nəzərdən keçiriləcəyini bildirib.

Yair Lapid isə İranın hər ötən gün nüvə silahı əldə etməyə bir az da yaxınlaşdığı qeyd edib. O, İsrailin müdafiə haqqını özündə saxladığını bir daha xatırladıb və hər kəsin “digər vasitələr” ifadəsinin əsl mənasını anladığını vurğulayıb.

Mənbə: TRT

Son xəbərlər