Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi |
Mojo.az Avto
Mojo.az Avto

İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi”

27.09.2021 12:23 2 046
İqor Korotçenko: “Bir il əvvəl Ermənistan birinci genişmiqyaslı zərbə ilə Azərbaycan ərazisinə hücum etdi”
“Azı üç məlumatlı və yüksək rütbəli mənbədən (azərbaycanlı deyil!) mənə bildirilib ki, 2020-ci il sentyabrın 27-si məhz Ermənistan Silahlı Qüvvələri bədnam “Tonoyan doktrinası”nı işə salaraq artilleriya, reaktiv yaylım atəşi sistemlərindən istifadə etdi və Azərbaycan ərazisinə genişmiqyaslı zərbə endirdi”.

Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bu təxribatın planı Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən 2020-ci ilin avqustunda hazırlanıb və təsdiqlənib.

“İrəvanda, Ermənistan tərəfinin başladığı qarşılıqlı “atışmaların” beş-altı gün davam edəcəyi, bununla da sona çatacağı, Ermənistanın isə bir daha “cəsarətli şücaət və güc” nümayiş etdirəcəyi düşünülürdü. “Qopnik”lər (quldurlar - red.) qorxutmaq istəyəndə belə edirlər.

Ermənistan Azərbaycanı “tonusda” saxlamaq istəyirdi. Bakı buna cavab olaraq təxribatçının tam cəzalandırılması barədə qərar qəbul etdi – “Dəmir yumruq” əks-hücum əməliyyatı ən qətiyyətli hədəflərlə başladı. Artıq beşinci gün Ermənistan Müdafiə Nazirliyi qoşunların mərkəzləşdirilmiş idarəetməsini itirdi. 44 gündən sonra Ermənistan ordusu darmadağın edildi, İrəvan kapitulyasiya etdi”, - deyə İ.Korotçenko sözlərini yekunlaşdırıb.

Son xəbərlər