Mojo.az Banner
Son Xəbərlər
23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

09.01.2021 18:46 948
Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”
Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.

“Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, - deyə o, bildirib.

Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir.

“İndi heç vaxt “Böyük Ermənistan” olmayacaq – HEÇ VAXT, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər - arbayten!", - deyə Korotçenko sözlərini yekunlaşdırıb.скачать dle 11.3

Son xəbərlər