Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI |
Mojo.az Avto
Mojo.az Avto

“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib

22.09.2021 20:46 942
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə ön sözlə açaraq, xalqımızın tarixi ədaləti bərpa edib zəfər çaldığı eyni zamanda ölkəmizdə pandemiyanın hökm sürdüyü dövrdə Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirilməsinin önəmindən bəhs edib.

Mövzu çərçivəsində konfransda beş məruzə səsləndi. ABİ-nın məsul katibi, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu” mövzusunda çıxış edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru İmruz Əfəndiyeva tanınmış teatrşünas Məmməd Sadıq Əfəndiyevin fəaliyyətindən söz açaraq “M.S.Əfəndiyevin Ü.Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər” mövzusunda məruzə etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova da “Ü.Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü” məsələsi ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri, musiqili teatr mədəniyyətimizin banilərindən olan Müslüm Maqomayevin fəaliyyətinə dair tarixi-faktoloji materiallar əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məruzəsində açıqlanıb. Konfransın son məruzəsi Bakı Musiqi Kollecinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Rəhilə Abbasovaya aid olub. Üzeyir bəyin vətənpərvərlik ənənələri və humanist prinsiplərinin Əşrəf Abbasovun fəaliyyətində örnək kimi əhəmiyyətindən bəhs olunub.

Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edilib. Bəstəkarlar Lalə Cəfərovanın “Səbr et” qəzəl-romansı Əməkdar artist, tenor müğənni Fərid Əliyevin, Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansı isə əməkdar artist, pianoçu Nərgiz Əliyeva ilə kamança ifaçısı Azər Hacıbalayevin ifasında səslənib.

Son xəbərlər