Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının iki rayonunda qanunsuz qəssabxanalar aşkarlandı

16.09.2021 16:18 972
Bakının iki rayonunda qanunsuz qəssabxanalar aşkarlandı
Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qanunsuz heyvan kəsimi fəaliyyəti ilə əlaqədar aşkar olunan faktlarla bağlı Agentlik və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Belə ki, paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Aşağıda qeyd olunan fotolarda paytaxtın Yasamal (Məhəmməd Xiyabani küçəsi və Əsəd Əhmədov küçəsi) və Binəqədi (Səttar Bəhlulzadə küçəsi, Tayqa Ticarət Mərkəzi ilə üzbəüz) rayonlarında qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin görüntüləri əks olunub.

Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner