Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Göyçay və Qubada narkotiklə bağlı əməliyyat

16.09.2021 15:53 969
Göyçay və Qubada narkotiklə bağlı əməliyyat
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Son xəbərlər