Mojo.az Banner
20:00 Slovakiya Prezidenti Azərbaycana gələcək  |     19:52 Dubayda yaşayış icazəsi almaq asanlaşdı  |     19:47 Cevdet Yılmaz Ermənistana gedir  |     19:39 “Niva” “Chevrolet”lə toqquşdu - Xəsarət alanlar var  |     19:33 İran daha iki casusu edam etdi  |     19:25 İstirahət günü hava necə olacaq?  |     19:20 Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı  |     19:12 ABŞ daha bir ölkədən qoşunlarını çıxarır  |     19:07 Zelenski Ermənistana səfər edəcək  |     19:02 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi  |     18:50 Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi  |     18:39 Yəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər  |     18:28 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib  |     18:15 Şəkərdən imtina etdikdə orqanizmdə hansı dəyişikliklər baş verir?  |     18:14 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI  |     17:48 Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı  |     17:35 Qırmızı bazarda bir manatdan qumar oynadılar, 3 min cərimə olundular  |     17:14 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:03 Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?  |     16:56 WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı  |    
Left Banner
Right Banner

COVID pasportu olmadığına görə 300-dən çox şəxs toya buraxılmadı

16.08.2021 14:38 1 236
COVID pasportu olmadığına görə 300-dən çox şəxs toya buraxılmadı
14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 341 nəfər COVID pasportu olmadığına görə şənliyə buraxılmayıb.скачать dle 11.3
Mojo.az Banner