Mojo.az Banner
23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |     22:06 İran daha bir boğazı bağlamaqla hədələyir  |     22:01 KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır  |     21:23 Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı  |     21:23 Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...  |     21:18 Qalmaqallı prokuror işdən çıxarıldı  |     21:11 Rafael Nadal doktorluq dərəcəsi alıb  |     21:00 İranın tanınmış kəşfiyyatçısı öldürüldü  |     20:54 Xaçmazda meşədə gənc oğlan meyiti TAPILDI  |     20:46 Mirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"  |     20:41 Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı  |     20:30 Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”  |    
Left Banner
Right Banner

Rəsmi Bakı 10 noyabr bəyanatının bəndləri ilə Ermənistana cavab verdi

12.08.2021 17:53 1 008
Rəsmi Bakı 10 noyabr bəyanatının bəndləri ilə Ermənistana cavab verdi
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən açıqlaması Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir.

Bu barədə Azərbaycan XİN-in açıqlamasında bildirilir.

“Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 noyabr 2020-ci il Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur. Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir”, - deyə XİN-in açıqlamasında qeyd olunub.

Bildirilib ki, bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib:

“Üçtərəfli bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir.

Üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Beləliklə, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir. Heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur.

Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi, və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir.

Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir”.

XİN qeyd edib ki, bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur.скачать dle 11.3
Mojo.az Banner