Mojo.az Banner
14:04 Astarada 60 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI  |     13:58 Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?  |     13:48 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |    
Left Banner
Right Banner

Şimşək çaxdı, bəzi yerlərdə arabir leysan yağıdı- FAKTİKİ HAVA

28.07.2021 22:10 1 332
Şimşək çaxdı, bəzi yerlərdə arabir leysan yağıdı- FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enib. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artıb, bəzi dağ çaylarından sel keçib, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olub.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağıb.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.0 metrə çatıb.скачать dle 11.3
Mojo.az Banner