Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 2 dəfədən çox artırıb

12.07.2021 18:56 711
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 2 dəfədən çox artırıb
Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin iyun ayı ilə müqayisədə 94 mənzil və ya 2,3 dəfə artıb.

Ümumilikdə isə yanvar-iyun aylarında 593 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin yarım ili ilə müqayisədə 162 ədəd və ya 37,6 % çoxdur.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyədə 4 826 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin iyun ayı ilə müqayisədə 3 147 ədəd və ya 2,9 dəfə çoxdur.

Bu ilin yanvar-iyun aylarında isə Türkiyədə 20 746 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 6 333 ədəd və ya 43,9 % çoxdur.

Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar iyunda 773, yanvar-iyun aylarında isə 3 019 mənzil əldə edib.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 683, yanvar-iyun aylarında isə 3 070 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar iyunda 300 mənzil, yanvar-iyun aylarında isə 1 759 mənzilə sahib olub.скачать dle 11.3
Mojo.az Banner