Mojo.az Banner
22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |     20:23 "Instagram" son 3 ayda Azərbaycandakı bazar payının 64 faizini itirdi  |     20:16 Azərbaycanda bu tətbiq və saytın fəaliyyəti dayandırılır  |     20:11 Uşaqlarla bağlı bu qadağalar qəbul edildi  |     20:04 Bakıda 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb  |    
Left Banner
Right Banner

Milli Məclisin deputatı Belçika mediasında Azərbaycanın dayanıqlı inkişafından yazdı

10.07.2021 18:35 711
Milli Məclisin deputatı Belçika mediasında Azərbaycanın dayanıqlı inkişafından yazdı
9 İyul 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mediasında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “Azerbaijan keeping strong in achieving “2030 Agenda” in South Caucasus despite challenges” adlı məqaləsi dərc olunub və onu da qeyd edək ki, həmin yazı yüksək baxış sayına nail olub.

Məqalədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə yüksək səviyyəli əməkdaşlığına, ölkəmizin 2000-ci ildən BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla icra etməsinə, 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunan “2030 Gündəliyi”nin fəal iştirakçısına çevrilməsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olunması istiqamətində görülən işlərə dair məlumatlar öz əksini tapıb.

Xüsusilə Azərbaycanın 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal toplayaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə lider olaraq qərarlaşması diqqətəlayiq məqamlardandır.

Millət vəkili eyni zamanda Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qələbəsinin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulmasını qeyd edərək illərdən bəri ilk dəfə ölkəmizdə DİM-16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyişin qeydə alınmasını vurğulayıb.

Həmçinin M.Əfəndiyev Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı törədilən ekoloji terrora son qoyulduğunu, ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması, habelə işğaldan azad olunmuş torpaqlarda yaşayacaq insanlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətlə və yüksək səviyyədə aparıldığını da xüsusi qeyd edib.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2021/07/09/azerbaijan-keeping-strong-in-achieving-2030-agenda-in-south-caucasus-despite-challenges/
скачать dle 11.3
Mojo.az Banner