Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabinetində iclas keçirilib

21.06.2019 18:37 1 805
Nazirlər Kabinetində iclas keçirilib
Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının səkkizinci iclası keçirilib.

Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb.

O, iclasın əsas məqsədinin Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq İkinci Könüllü Milli Hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə yeni qurumların nümayəndələrinin daxil edilməsi məsələləri olduğunu deyib.

İkinci Könüllü Milli Hesabatın təqdimatının hazırlanması barədə məlumat verən Əli Əhmədov bildirib ki, Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabat verən 14 ölkədən biri olacaq. Azərbaycanın sürətlə dəyişən bir gənc ölkə kimi bütün nailiyyətləri, eləcə də ölkəmizdə insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər bu hesabatda öz əksini tapıb. Əli Əhmədov vurğulayıb ki, sənəddə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün görülən tədbirlər geniş qeyd olunub. Sənədin yüksək peşəkarlıqla hazırlandığını deyən Baş Nazirin müavini bu sahədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyətini də təqdirəlayiq qiymətləndirib.

Sonra gündəlikdəki hər iki məsələ ilə bağlı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təqdimat edib. Təqdimatdan sonra Şura üzvlərinin çıxışları olub. İclasda Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyi bildirilib.

Sonda İkinci Könüllü Milli Hesabat, həmçinin Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin daxil edilməsi məsələsi Şura tərəfindən təsdiqlənib.скачать dle 11.3
Mojo.az Banner