Mojo.az Banner
18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO

26.05.2021 20:29 888
BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO
2021-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək.

Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, zirvə toplantısına hazırlıq məqsədilə üzv ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Milli Dialoqların təşkil olunmasında əsas məqsəd müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, müasir çağırışlara uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq, çoxtərəfli və dayanıqlı qida sistemləri üzrə konkret mərhələləri müəyyənləşdirməkdir.

Azərbaycanda keçirilən ilk Milli Dialoqda Qida Sistemləri üzrə Zirvə toplantısı ilə bağlı Azərbaycan hökuməti tərəfindən təyin olunan milli təşkilatçı, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələri, aidiyyəti qurumların, beynəlxalq təşkilatların, o cümlədən QHT və özəl sektorun təmsilçiləri iştirak edib.
Nazir müavini İlhamə Qədimova Azərbaycan hökumətinin BMT-nin dayanıqlı inkişafla bağlı fəaliyyətini daim dəstəklədiyini qeyd edib:

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, bu istiqamətdə zəruri institusional baza yaradılır və kompleks tədbirlər həyata keçirilir. Belə ki, təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i ölkədə iqtisadi, sosial və ekoloji sahələrdə dayanıqlı inkişafın təmin edilməsi üçün reallaşdırılacaq tədbirlərin növbəti mərhələsini təşkil edir”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak qeyd edib ki, qida sistemlərinin gücləndirilməsi ilə ərzaq təhlükəsizliyinin təmini, dayanıqlı ərzaq təchizatı sistemlərinin yaradılması, sağlam qida istehsalı və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkündür.

Tədbirdə BMT Qida Sistemləri Zirvə görüşünə hazırlıqlar, milli dialoq prosesi, davamlı qida sistemlərinin yaradılması mövzularında təqdimatlar olub, təkliflər səslənib, müzakirələr aparılıb. Davamlı İnkişaf Məqsədlərinin tərkib hissəsi kimi daha güclü qida sistemlərinin formalaşdırılması üçün milli qida sistemləri ilə bağlı təcrübə mübadiləsi, daha davamlı qida sistemləri istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi və səylərin birləşdirilməsi ilə bağlı bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyətli olduğu qeyd olunub.

скачать dle 11.3
Mojo.az Banner