Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır

08.07.2021 19:32 822
Bakıda “Korvalol” yoxa çıxdı, “Valerian”ın isə defisiti yaşanır
Bakıda müxtəlif ərazilər üzrə fəaliyyət göstərən apteklərdə son zamanlar “Valerian” və “Korvalol”sakitləşdiricilərini tapmaq müşkül hala çevrilib.

Bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilib.

Məsələ ilə bağlı saytımız apteklər arasında sorğu keçirib.

“Zəfəran” apteklər şəbəkəsindən bildirildi ki, “Korvalol” bir müddətdir Azərbaycana gətirilmədiyi üçün depoda da yoxdur. Qeyd edilib ki, aptekdə “Valerian” da yox idi, lakin hazırda var.

“Elit” apteklər şəbəkəsindən də hazırda “Valerian” olduğu vurğulandı. “Korvalol” isə yoxdur.

“Çeburaşka” aptekindən bildirildi ki, gündəlik az sayda “Valerian” və “Korvalol” gəlir və tez zamanda satılır.

“Həyat” apteklər şəbəkəsindən uzun müddətdir “Valerian”ın olmadığını, lakin dünəndən etibarən gətirildiyi qeyd edildi. “Korvalol” isə ümumilikdə ölkədə heç bir yerdə yoxdur.

Son xəbərlər