Mojo.az Banner
16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA

27.04.2024 21:55 1 125
Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA
Böyük şəhərlərdə 24 saat işləyən növbətçi apteklər olur. Bakıda fəaliyyət göstərən bəzi apteklərin girişində 7 gün 24 saat işlədiyi yazılsa da axşam müəyyən saatdan sonra onların fəaliyyəti gözə dəymir. Gecə saatlarında dərmana ehtiyacı olanlar isə paytaxt küçələrində açıq aptek axtarışına çıxırlar.

Bölgələrdə də durum eynidir.

“Dərman vasitələri haqqında” Qanuna görə, aptek təşkilatlarına dair tələblər müvafiq icra orqanları tərəfindən müəyyən edilir.

Bəs apteklərin iş rejimi necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, aptek rəhbərlərinin sərbəst qanunları var:

“Apteklərin çoxu özəldir, yəni sahibkarındı. Ona görə də onların öz qanunları var. Amma insan hüquqları məsələsi önəmlidir. Əgər aptekin 24 saat işlədiyi yazılıbsa, işləməlidir. Həmin vətəndaşın ixtiyarı var ki, bu məsələni qaldırsın. İnsanlar etiraz edərək hətta həmin obyektin bağlanmasına da nail ola bilərlər. Hansı apteklər insanları o cür aldadırsa, siyahını müvafiq qurumlara vermək lazımdır”.

O, dövlətə aid olan apteklərdə rejimin bir qaydada olduğunu bildirib:

“Dövlətə aid olan apteklərdə rejim necədirsə, o cür də işləyirlər. Əczaxanalar gecə işləyəndə növbəli iş rejimi olmalıdır. Gecə işləyən işçiyə də əməkhaqqı verilməlidir. Bu gün biznes maraqları insan maraqlarından üstün tutulur”.скачать dle 11.3
Mojo.az Banner