Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? - Qəbizliyi olanlar çarəsizdir

02.04.2018 23:52 2 394
Apteklərdə
Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb.

Median.Az bildirir ki, şikayətlərin çoxluğunu nəzərə alaraq, medicina.az-ın əməkdaşı bir neçə aptekdə sorğu aparıb. Məlum olub ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.

Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur.

Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.

Qiyməti də ucuz olduğundan 50 ildən çoxdur, insanların əminliklə istifadə etdiyi vasitədir. Belə bir preparatın bu qədər müddətdir, ölkəyə gətirilməməsi, yaxud apteklərdə satışa buraxılmaması isə kifayət qədər diqqətçəkicidir.

Bu səbəbdən işin mahiyyətini öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirdi ki, rəsmisi olduğu qurum ölkəyə dərman idxalı ilə məşğul olmur:

"Azərbaycana bütün dərman vasitələri sahibkarlar, farmaseptik firmalar və fiziki şəxslər tərəfindən gətirilir. Səhiyyə Nazirliyi ölkəyə dərman vasitələrinin gətirilməsi işi ilə məşğul olmur. Dövlət müəssisələrinə verilən həyati vacib dərman preparatları çatışmadıqda nazirlik olaraq sahibkarlardan tələb edə bilirik. Qliserin şamının niyə gətirilməməsi məsələsi həmin preparatı ölkəyə idxal edən sahibkara bağlı məsələdir. Amma ola bilməz ki, hansısa aptekdə bu şamdan qalmasın".

Son xəbərlər