Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman |
Mojo.az Avto
Mojo.az Avto

"Valerian" niyə yoxa çıxıb?

12.05.2021 21:37 1 182
Son günlər Bakıda apteklərdə yenə də "Valerian” preparatı yoxa çıxıb. Paytaxtın müxtəlif ünvanlarında yerləşən apteklərə bu dərmanla bağlı müraciət edənlər əliboş qaytarılır.

"Qafqazinfo” xəbər verir ki, bəzi apteklərdə əczaçılar bir həftədən artıqdır dərmanın depodan məhdud sayda göndərildiyini bildirirlər. Əvəzində isə müştərilərə "Valerian”ın maye məhlulu və ya "Validol” təklif edilir.

Dərmanın niyə qəhətə çıxdığından isə əczaçılar da məlumatsızdır:

"Artıq bir həftədən çoxdur ki, valerian tapılmır. Bizə depodan limitlə - cəmi 3-4 ədəd göndərilir. Amma tələbat çoxdur, kim qabağa düşürsə, alır, qalanları əliboş qaytarırıq. Niyə tapılmamasının səbəbini isə bilmirik”.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı "Qafqazinfo”ya bildirilib ki, dərmanların aptek təminatı nazirliyə aid deyil. Bu işlə özəl şirkətlər məşğul olurlar.

Yaranmış problemlə bağlı apteklərin əsas dərman təminatçısı "Zeytun Pharmaceuticals” və” Avromed” şirkətlərinin baş ofisləri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Xatırladaq ki, "Valerian” qıtlığı ilə bağlı oxşar vəziyyət bundan əvvəl də bir neçə dəfə yaşanıb. Sonuncu dəfə bu ilin fevral ayında apteklərdə "Valerian” tapılmırdı. O zaman bu preparatın tapılmamasını dərmanın istifadə müddətinin başa çatması ilə əlaqələndirdilər.

Qeyd edək ki, "Valerian”dan ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən şəxslər tez-tez istifadə edirlər. Dərmanın kütləvi istifadəsi həm də onun əlçatanlığı ilə izah olunur. Belə ki, içərisində 50 həb olan "Valerian” preparatı 35 qəpiyə satılır.

Son xəbərlər