Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir neçə xəstəxana birləşdirildi

07.07.2021 12:44 1 839
Azərbaycanda daha bir neçə xəstəxana birləşdirildi
Azərbaycanda bir sıra tibb müəssisələri birləşdirilib.

Bəzi tibb müəssisələrinin birləşdirilməsi və xəstəxanaların iş prinsipinin yenidən təşkil edilməsi prosesi davam etdirilir.

Belə ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.

Xatırladaq ki, daha əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib.

Qeyd edək ki, Azərbaycanda bir çox tibb müəssisəsinin birləşdirilməsi ilə bağlı da məlumat yayılmışdı.

//oxu.az

Son xəbərlər