Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

7 ildir, yaşayış olan binada qaz yoxdur - VİDEO

15.06.2021 22:31 1 005
7 ildir, yaşayış olan binada qaz yoxdur - VİDEO
Ağdamda Qarabağ əlilləri və şəhid ailələrinə verilmiş mənzillərdə qaz yoxdur. Binada yaşayanlar bildirir ki, illərdir mənzillər istismara verilib və yaşayış var. Mavi yanacaq problemi isə hələ də həll olunmayıb.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, Ağdam rayon Quzanlı qəsəbəsində 1 Nömrəli binada yaşayan ailələrə təbii qaz verilmir.

Bina 2014- cu ildə Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 6 mərtəbədən, 54 mənzildən ibarət olan binada 7 ildir ki, yaşayış var, ancaq bina hələ də qazla təmin edilməyib. Sakinlər dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə yoxdu.

Sakinlər bildirir ki, lahiyədə mənzillərə qaz verilməsi nəzərdə tutulsa da məlum olmayan səbəblərdən qaz çəkilişi həyata keçirilmir. Ailələr mənzillərdə maye qazdan istifadə edir.

Məsələylə bağlı Azəriqaz-ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, yaranmış vəziyyətdən xəbərdardırlar. Yaxın vaxtlarda bina təbii qazla təmin ediləcək.

Bununla da sakinlərin qaz problemi həll olunacaq.

Son xəbərlər