Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Matç TV"nin anti-Azərbaycan yalanı ifşa olundu

12.06.2021 19:23 1 161
Rusiyanın "Matç TV" kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Geniç də Avro-2020-yə Bakı üzrə akkreditasiya ala bilməyib. Buna səbəb həmin şəxslərin vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərinə qanunsuz səfərləridir.

Mixail Mossakovski özünün teleqramdakı kanalında Azərbaycan sərhədindən buraxılmadığını və Rusiyaya geriyə göndərildiyini yazıb. Ardınca kanalın digər şərhçisi Konstantin Geniç də Bakıya buraxılmaması barədə paylaşım edib.

"Matç TV"nin Geniç və Mossakovski barədə susqunluğu və yalnız məsələnin ictimailəşməyə başlanmasından sonra danışması akkreditasiya mövzusu ətrafında yaradılan süni ajiotajın siyasi şoudan başqa bir şey olmadığını təsdiqləyir: - rusiyalı iki şərhçinin də kənarda qalması jurnalistlərin akkreditə olunması məsələsində rəsmi Bakının guya milli-etnik motivlərdən çıxış etməsi mifinə uyğun gəlmirdi.

Qeyd edək ki, "Matç TV"nin erməni əsilli aparıcısı Nobel Arustamyan da Bakıda keçiriləcək oyunlara akkreditasiya ala bilməmişdi. Hər 3 idman müxbirinə imtina cavabının səbəbi onların qanunsuz olaraq Azərbaycan sərhədlərini pozmaları və adlarının XİN-in qara siyahısında olmasıdır.

Kimliyindən asılı ilə olmayaraq, qanun qarşısında hər kəs bərabərdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edənlər Bakıya akkreditasiya almadılar və almayacaqlar da. Ermənistanlı və erməni-əsilli idmançılar isə Azərbaycanda dəfələrlə olublar və heç bir çətinliklə üzləşməyiblər, çünki biz milliyətə və etnik mənsubiyyətə yox, qanuna üstünlük veririk.скачать dle 11.3
Mojo.az Banner