Mojo.az Banner
15:50 İki gün əvvəl meyiti tapılan qadın Kamilə Babayevanın anası imiş  |     15:44 Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?  |     15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |    
Left Banner
Right Banner

Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı

12.06.2021 14:02 2 178
Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı
AVRO-2020-nin açılış matçında İtaliyaya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bu oyun haqqında fikirlərini bölüşüb.

Rəqibin niyə üstün olduğunu bildirib:

“Rəqib bizdən üstün idi. Texnika və taktika olaraq da onlar öndə idilər. İlk hissədə rəqibin təzyiqini üstümüzdən ata bilmirdik. İtaliya millisi topa sahib çıxanda onu asanlıqla vermir. Təzyiq göstərəndə isə topu bizdən asanlıqla alırdılar. Ancaq ikinci hissədə ilk qoldan sonra oyuna nəzarəti daha da itirdik. Meydançada bizdən daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydançada oyunu idarə etməsi çox yaxşı idi. Nəticədə bizdən üstün çıxış edən bir komandaya uduzduq. İtaliya millisi nə qədər yaxşı oynasa da, biz öz çıxışımızı sərgiləyə bilmədik.

Bəlkə də ikinci hissənin əvvəlində belə bir qol buraxmasaydıq, daha güclü oynayardıq. Bu qarşılaşmada qazana biləcəyimiz bir və ya üç xal bizim üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuq. Bu bir yarışdır. Qalib gəlsək belə, bu matç son oyunumuz olmayacaq idi. İndi qarşıda iki görüşümüz var. Bunların hər ikisində qələbə qazanmaq istəyirik. Əvvəlcə Uelslə qarşılaşacağıq. Futbol oyundan asılı olaraq dəyişə bilir. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb, yaxşı nəticə əldə edərik”.

Qeyd edək ki, Türkiyə millisi qrupdakı digər iki oyununu Bakıda keçirəcək.скачать dle 11.3
Mojo.az Banner