Mojo.az Banner
17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |    
Mojo.az Avto
Mojo.az Avto

Canni De Byazi: "Serbiya millisi bizdən daha güclü idi"

13.10.2021 21:56 1 318
Canni De Byazi:
"İkinci hissəyə də müdafiədə yaxşı başlayacağımızı ümid edirdim. Amma Serbiya bizdən daha güclü idi".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Radio Bruno"ya açıqlamasında deyib.

İtaliyalı mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib: "Bütün futbolçular bacarıqlarının 100 faizini ortaya qoydu. Təəssüf ki, istəyimiz baş tutmadı".

65 yaşlı baş məşqçi rəqibin heyətində dubl müəllifi olan Duşan Vlahoviçi fərqləndirib. De Byazi İtaliya "Fiorentina"sında çıxış edən 21 yaşlı hücumçunun fiziki cəhətdən güclü və texnikalı oyunçu olduğunu vurğulayıb: "Onu saxlamaq çox çətindir. Mənə yaşından daha yetkin görünür. Amma bugünkü futbolu şərh etmək çətindir. Keçmişin romantikası artıq yoxdur. Böyük klublara getsə, əminəm ki, daha yaxşı olacaq. Hər top uğrunda mübarizə aparır. Böyük karyera qura bilər".

Qeyd edək ki, Duşan Vlahoviç 30 və 53-cü dəqiqələrdə Azərbaycan millisinin qapısına yol tapıb. Gənc forvard ilk qolu penaltidən vurub.скачать dle 11.3
Mojo.az Banner