Mojo.az Banner
18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Rusiyadakı Səfirliyinin qarşısında həmyerlimiz qəflətən ölüb

18.05.2021 12:27 927
Azərbaycanın Rusiyadakı Səfirliyinin qarşısında həmyerlimiz qəflətən ölüb
Azərbaycanım Rusiyadakı Səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, mayın 17-də səhər saat 08:50-də səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, vəfat edib..

"Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən “morqa” aparılmasını mümkün edib. Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib.

Rüfət Muradovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", deyə Səfirliyin məlumatında qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner