Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi |
Mojo.az Avto
Mojo.az Avto

Mustafa Denizli doğma klubuna baş məşqçi kimi qayıtdı

28.04.2021 19:28 828
Mustafa Denizli doğma klubuna baş məşqçi kimi qayıtdı
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə I Liqasında çıxış edən "Altay" komandasının sükanı arxasına keçib.

72 yaşlı mütəxəssis yeni vəzifədə Osman Özköylünü əvəzləyib.

Denizli futbolçu kimi İzmir komandasının aşağı yaş qrupunda yetişib və 18 il "ağ-qara" formanı geyinərək, kapitan sarğısını daşıyıb. O, klub prezidenti Özgür Ekmekçioğlunun dəvətini qəbul etsə də, maaşını əsgərlərə, qazilərə və şəhid ailələrinə yardım qurumlarına bağışlanmasını istəyib. Təcrübəli mütəxəssis doğma komandasına 38 ildən sonra baş məşqçi kimi qayıdıb.

Hazırda I Liqada 32 oyundan 54 xalla 6-cı yerdə gedən "Altay" son 2 turda 2 xal toplasa, Superliqaya vəsiqə uğrunda "pley-off" matçlarına vəsiqə qazanacaq.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Son xəbərlər