Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

08.01.2025 14:20 1 506
Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub
Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Nigeriya Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Komandanın "sükanı arxasına" Erik Şell keçib. Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.

Qeyd edək ki, 2022-24-cü illərdə Mali yığmasını çalışdırmış mütəxəssisin son iş yeri Əlcəzairin "Oran" klubu olub. Erik Şell futbolçu karyerası ərzində Fransada "Valensyen", "Lans" kimi klublarda çıxış edib. O, yeni vəzifəsində almaniyalı Bruno Labbadianı əvəzləyib.

Son xəbərlər