Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Şüvəlana yeni avtobus xətti açılacaq - RƏSMİ

28.04.2021 13:45 702
Şüvəlana yeni avtobus xətti açılacaq - RƏSMİ
2020-ci il ərzində 301 avtobus dayanacağı təşkil edilib. Onlardan 100-ü pavilyondur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

O bildirib ki, son 5 ildə ümumilikdə 791 dayanacaq təşkil edilib ki, bunlardan 415 ədədi pavilyondur:

“Ümumilikdə dayanacaqların 40 faizi yenilənib. Qalan 60 faizi isə tam təmir olunub. Gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması da nəzərdə tutulur”.

V.Kərimlinin sözlərinə görə, 50 marşrutda 1097 avtobusda mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub:

“Bunlar daha çox real vaxt rejimində əldə olunacaq məlumatlarla - sərnişin axınının həcmi və istiqamətləri, sürücülərə və sərnişinlərə nəzarət, dayanacaqdan kənar keçən marşrutlarla və s. bağlıdır”.

O bildirib ki, Şüvəlan qəsəbəsinə yeni avtobus xətti açılacaq. Sözügedən xətt yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək:

“Yaxın zamanlarda daha bir neçə xətt açılacaq, onlardan biri də Şüvəlan qəsəbəsinə nəzərdə tutulub”.скачать dle 11.3
Mojo.az Banner