Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA

28.04.2021 12:50 801
Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA
Azərbaycanda heyvan, quş və arı ailələrinin mövcudluğu ilə bağlı statistik müayinə aparılıb.

Aparılan qiymətləndirməyə əsasən, ailələrin 48,6 faizi toyuq saxlayır. Hər ailəyə düşən toyuq sayı orta hesabla 21 başdır. Şəhər yerlərində ailələrin 19,3 faizi, kənd yerlərində isə 85 faizi toyuq saxlanılır.

Bundan başqa əhalinin 17,2 faizinin hind toyuğu, 16 faizinin qaz-ördəyi var. Həm hind toyuğunda, həm də qaz-ördək saxlanılmasında böyük pay kənd yerlərinə düşür.

Ailələrin 24 faizi inək, 9,7 faizi qoyun saxlayır. Hər ailə təsərrüfatında orta hesabla 2,6 baş inək, 22,7 baş qoyun saxlanılır.

Nisbət baxımından sıralandıqda ailələrin 3,1 faizi keçiyə, 1,6 faizi ata, 0,9 faizi eşşəyə sahibdir. Statistik müşahidə göstərir ki, şəhər yerlərində az da olsa at və keçi saxlayanlar tapılsa da, eşşək saxlayana təsadüf edilməyib.

Arı ailəsi saxlayanlar isə ailələrin 1,8 faizini təşkil edir.скачать dle 11.3
Mojo.az Banner