Mojo.az Banner
16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı AÇIQLAMA - VİDEO

28.04.2021 12:30 966
Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı AÇIQLAMA - VİDEO
“Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir”.

Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mercedes” markalı 90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən ona “saxla” əmri verilib. Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verilib.

“Əlavə edim ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir”, - deyə Vaqif Əsədov bildirib.скачать dle 11.3
Mojo.az Banner