Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - YENİLƏNİB + VİDEO

28.04.2021 12:00 2 436
Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü - YENİLƏNİB + VİDEO
Xəbər verdiyimiz kimi, qayınananın gəlinini döyməsi ilə bağlı görüntülər paylaşılıb. Görüntülərin Lənkəran Rayonun Yuxarı Nüvədi kəndində çəkildiyi iddia edilib.

DİN Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

* * * * *

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınanın gəlini döyməsi ilə bağlı videogörüntü yayılıb.


Kənd icra nümayəndəsi Raifə Məmmədzadə qafqazinfo-ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır:

“Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb:

“Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.скачать dle 11.3
Mojo.az Banner