Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı hərbçilərini daşıyan avtomobilin minaya düşərək partlaması nəticəsində 2 hərbçi yaralanıb.
Məlumatı "Aysor" yayıb.
"Avtomobil tank əleyhinə minaya düşüb. İki hərbçi yaralanıb. Hazırda onlar tibbi mərkəzə yerləşdirilib”, - məlumatda vurğulanıb.
Bildirilib ki, hərbçilərin vəziyyəti yaxşıdır.