Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Çin Azərbaycana təmənnasız olaraq 150 min doza vaksin göndərib

27.04.2021 12:43 903
Çin Azərbaycana təmənnasız olaraq 150 min doza vaksin göndərib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız olaraq COVİD-19 infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

Tədbirdə AR Səhiyyə nazirinin müavini Viktor Qasımov, AR Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

Tədbiri açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov Çin tərəfinin nümayəndələrinə ölkəyə gətirilən vaksinlərə görə minnətdarlığını bildirdi. Çin Xalq Respublikasının etibarlı tərəfdaş olduğunu qeyd edən nazir müavini, COVİD-19 ilə mübarizə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökumətinin Azərbaycana təmənnasız olaraq COVİD-19 infeksiyası əleyhinə 150.000 doz peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə etdi.

Səfir, epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.

Səfir Qo Min Çin və Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd etdi.

XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən COVİD-19 infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə etdi. O, Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini məmnunluqla qeyd etdi.

Ramil Rzayev Azərbaycan və Çin arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırdı. O, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini əminliklə qeyd edərək, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha da genişlənəcəyini vurğuladı.

Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalandı.

Son xəbərlər