Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Uşağım xəstədir" deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da

16.04.2021 23:13 1 809
Azərbaycanda valideynlər gözləri görməyən azyaşlı uşaqları üçün verilişdə yığılan 15 min manatı alıb evlərini təmir ediblər.

Bu barədə "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.

O 3 il öncə verilişə müraciət edən ailədən danışıb:

"O zaman mən gənc və çox təcrübəsiz idim. İnsanlara çox inanırdım. Qucaqlarında gözləri görməyən uşaq olan ailə bizə müraciət etdi. Ukraynada bir həkim uşağın əməliyyatını boynuna götürmüşdü. Uşağın analizinin cavabı Ukraynaya göndərilmişdi. Oradakı həkim uşağın gözlərinin açılmasına zəmanət vermişdi. Amma əməliyyat üçün 15 min manat pul lazım idi. Uşaq da dünya gözəli idi. Azərbaycan xalqına qurban olum. Verilişdə 15 min manat toplandı. Mən toplanan pulu anasına verdim ki, aparıb uşağı əməliyyat etdirsinlər.

Aparıcı deyib ki, 1 ay yarım sonra ailənin yalanı üzə çıxıb:

"Ay yarım keçəndən sonra uşaqdan narahat oldum. Çəkiliş qrupunu ailənin evinə göndərdim. Əməkdaşlarımız qonşuların qapısını döyüb, onlardan uşağı soruşublar. Qonşular onların yığılan 15 min manatla evlərini təmir etdiklərini, yeni mebellər aldıqlarını, uşağın isə ortalıqda qaldığını bildiriblər. Bir ay keçmədi həmin ev yanıb kül oldu, uşaq da içərsində həlak oldu. Allah götürmədi bu yalanı. Əgər kimsə edilən yaxşılığa xor baxarsa, cəzasını da çəkəcək".скачать dle 11.3
Mojo.az Banner